"Real" klublararası dünya çempionatının qalibi oldu

Baxış sayı: 585

Bu gün klublararası dünya çempionatının qalibi bəlli olub.

Qol.az-ın məlumatına görə, həlledici görüşdə İspaniyanın “Real” və Braziliyanın “Qremio” klubları üz-üzə gəlib. Abu-Dabidə keçirilən matç Madrid təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

"Real" - "Qremio" - 1:0
Qol:Kriştiano Ronaldo, 53


Bununla da "Real" ardıcıl ikinici dəfə bu turnirin kubokunu qazanan ilk klub olub.Xat;rladaq ki "Real" bu il artıq 5-ci turnirin qalibi olub.

Qeyd edək ki, üçüncülük uğrunda oyunda isə “Paçuka” (Meksika)  “Əl-Cazira”ya (BƏƏ) 4:1 hesabı ilə qalib gəlib.

ATV.az