“Ya mən, ya da “Zenit”” İspan gözəlçədən məşhur ərinə sərt ismarıc

Baxış sayı: 262

“Ya mən, yada ”Zenit””. 

Belə bir sərt ismarıc Argentina millisinin müdafiəçisi Esekiel Qaraya verilib.

ATV.az bu sözlərin müəllifinin İspaniyanın tanınmış teleaparıcısı və modeli olan Tamara Qorro olduğunu bildirir. Rusiya klubunda oynayan sevgilisinin yanına tez-tez gələ bilməyən gözəlçə sonda futbolçunu seçim qarşısında qoyub. Qaray isə sevgini hər şeydən üstün tutaraq, İspaniyaya gedib və hazırda “Valensiya”nın şərəfini qoruyur. Müdafiəçinin nə qədər haqlı olduğuna qərar verməyi isə oxucuların öhdəsinə buraxırıq.

ATV.az