Françesko Tottini ram edən gözəlçə

Baxış sayı: 1018

Məhşur futbolçular təkcə yaşıl meydanlarda deyil, şəxsi həyatları ilə də diqqət mərkəzinə düşməyi gözəl bacarır. 

ATV.az bu dəfə İtaliya yığmasının və “Roma”nın liderlərindən biri olmuş Françesko Tottinin şəxsi həyatından qısa məlumat hazırlayıb. Gəncliyində çox “şuluq” olan yaraşıqlı oğlan bir gün model və aktrisa İlari Blazi ilə rastlaşır. Bundan sonra bütün həyatı dəyişən Totti artıq 12 ildir gözünün ucu ilə bir qadına belə baxmır. Düzdür, futbolçu “Roma”ya daha çox vaxt ayırıb, 24 il. Bununla belə, Totti bəzən zarafatla “İki sevgilim var, “Roma” və İlari”-, deyir.

ATV.az