İkardini millidən kənarda qoyan qadın Dostunun arvadını “oğurladı”, qınaq obyekti oldu

Baxış sayı: 596

Sevginin insanı hansı əməllərə vadar etdiyi barədə çox deyilib, çox yazılıb. 

İnsanın ağlını başından almağa qadir olan bu hiss məhşur futbolçu Mauro İkardini də “yandırıb”. ATV.az İtaliyanın “İnter” klubunun hücumçusu İkardinin qalmaqallı həyat hekayəsinə işıq tutub. Məhsuldar forvardın komanda yoldaşı Maksi Lopesin həyat yoldaşı Vandaya gözü düşməsi onu yığma komandanın heyətinə düşməkdən birdəfəlik məhrum edib. Lopesdən 3 uşağı olan qadını sevən İkardi birgə yaşayışdan 2 uşaq atası olsa da, hələ də maradona və Messi kimi ulduzların qınaq obyekti olaraq qalır. Mauronun buna görə hansı hisslər keçirdiyini demək çətin olsa da, Vandanın fotolarına baxarkən futbolçunun zövqünün korlanmadığını söyləmək çox rahatdır.

ATV.az