Dünyanın ən gözəl velosipedçiləri Onları siz də tanıyın

Baxış sayı: 284

Bütün idman növlərində zərif cinsin nümayəndələrinə rast gəlmək mümkündür.

İndiyə qədər ATV.az bir çox idman sahələrinin ilahələrini oxuculara təqdim edib. Bu dəfəki siyahıda isə dünyanın ən gözəl velosipedçi xanımlarına yer verilib. Baxmaqdan doymayacağınız gözəlçələrin adları, titulları və şəkillrini təqdim edirik:

 

Lokelani McMichae – ABŞ-dan olan üzgüçü, model və sörfinq ustası 1995-ci ildə Hawaii Ironman yarışlarında qalib gələrək, adını Ginnesin rekordlar kitabına yazdıran ən gənc xanım kimi tarixə düşüb. 18 yaşı olarkən, bu zərif qızcığaz Ironman triathlon-da 48 min metr məsafəni birinci qət edib.  

 

Gunn-Rita Dahle-Flesja – 10 fevral 1973-cü ildə Norveçdə dünyaya gələn xanım idmançı kross-kantri və kantri-marafon yarışlarının əvəzsiz lideridir. 2004-cü ildə qadınlar arasında velosiped yarışlarında qızıl medal qazanmaqla karyerasının zirvəsinə çıxıb. Bundan başqa onun aktivində 6 dünya çempionluğu var.

 

Hanka Kupfernagel – 19 mart, 1974-cü ildə Almaniyada dünyaya göz açıb. Hazırda velokross üzrə mütəxəssisdir. O 3-ü qızıl olmaqla ümumilkdə dünya çempionatlarında 7 dəfə medal qazanıb.

 

Dominique Donner Afrikanın triatlon üzrə 2001-ci ildə keçirilən çempionatının qalibidir. O, 2002-2003-üi illərdə Sürix və Afrika qitəsinin bir sıra velosiped çempionatlarının şəksiz lideri olub.

 

Rochelle Gilmore 14 dekabr, 1981-ci ildə Avstraliyada anadan olub. 168 sm boya və 56 kq çəkiyə malik xanım üzgüçüdür. Hazırda da Avstraliya millisinin üzvüdür.

 

Willow Koerber – 12 dekabr 1977-ci ildə ABŞ-da dünyaya gəlib. Velosipedçi kimi karyerasına 2007-ci ildə başlayıb. Bir neçə dəfə Dünya kubokunun sahibi olub. Son nəaliyyəti isə 2010-cu ildə Panamerikan çempionluğudur.

 

 

Jenny Fletcher 15 yaşında beynəlxalq model agentliyi tərəfindən “kəşf edilib”. 16 yaşında artıq 5 növçülük üzrə Junior and Senior Worlds yarışlarında çıxış edirdi. Triatlona isə 2010-cu ildə başlayıb. Ən böyük arzusu, vətəni Kanadanı Olimpiya oyunlarında təmsil etməkdir.  

 

Victoria Pendleton Britaniyalı velosipedçi 2008-ci il Olimpiya oyunlarının qalibidir. O, hələ də, dünyanın ən seksual idmançılarından biri hesab edilir.

 

Niki Gudex – 19 yanvar, 1978-ci ildə İngiltərədə doğulub. Hazırda Sidneydə yaşayan idmançı bu ölkənin uğurları üçün çalışır. O, 2002, 2003, 2004, 2005 və 2006-cı illərdə dünyanın 100 ən seksual idmançısı siyahısına başçılıq edib.

 

Liz Hatch 3 iyun, 1980-ci ildə ABŞ-da anadan olub. Velosiped idmanı ilə 2006-cı ildən məşğul olmağa başlayıb. 2009-cu ildə bu idman növündən kənarlaşdırılıb.

ATV.az