Fanatlar hakimi vəhşicəsinə döydü Komandalarının məğlubiyyətini “həzm etmədilər”

Baxış sayı: 148

Argentinada fanatlar sevimli komandalarının məğlubiyyətinin əsas səbəkarı kimi hakimi görüblər. 

ATV.az Argentina Futbol Federasiyası-na istinadən bildirir ki, “Juventud Perqamio” və “İndependendiente Chivilcoy” komandalarının oyununda xoşagəlməz hal yaşanıb. Matçın gedişində ev sahiblərinin 0-1 hesablı məğlubiyyəti azarkeşləri razı salmayıb. Onlar hesab edib ki, oyunu idarə edən baş hakim qərəzlidir. Buna görü matçdan sonra geyinib-soyunma otağına hücum edən kütlə referini amansızca döyüb.baş verənlərə münasibət bildirən Federasiya rəsmiləri ev sahibi “Juventud Perqamio” nun yüksək liqadan çıxarılacağını və cərimələnəcəyini bildiriblər.

ATV.az