Şenol Günəş "Qarabağ" - "Çelsi" matçını izləmək üçün Bakıya gəlib

Baxış sayı: 80

“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş Bakıya gəlib. Şenol Güneşin paytaxtımıza səfərinin səbəbi bu axşam UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la İngiltərənin “Çelsi” klubu arasında keçiriləcək oyunu calı izləməkdir.

ATV.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb Bakı Olimpiya Stadionunun dünən gecə saatlarında “ağ-qara” rəngə bürünməsi və “Come to Beşiktaş” yazısı ilə Çempionlar Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanan İstanbul nəhənginə dəstək verməsidi. Şenol Günəş də bu jestə qarşılıq olaraq təşəkkür etmək üçün Bakıya gəlib. O, “Çelsi” ilə qarşılaşmada Azərbaycan çempionuna dəstək olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” matçı 21:00-da başlayacaq.

NÜBAR NİYAZİQIZI//ATV.az