"ATV" komandası futzal turnirinin qalibi oldu

Baxış sayı: 152

Yeni Azərbaycan Partiyasının 25 illik yubileyinə həsr olunmuş futzal üzrə  "Qarabağ kuboku"  turniri keçirilib. 11 komandanın  iştirak etdiyi yarışda  "ATV" qalib gəlib! 

ATV.az xəbər verir ki,  telekanalımızı təmsil edən komanda əvvəlcə "Lider" yığmasına qalib gəlib - 7:0. Daha sonra   "Şou-biznes" nümayəndələrini  7:6 hesabı ilə üstələyən ATV, finalda Bədən Tərbiyəsi Akademiyasının qiyabi şöbəsini təmsil edən futzalçıları 5:3 hesabı ilə məğlub edərək, turnirin qalibi olub.

 Qeyd edəl ki, yarışmanın bombardiri adını da ATV-nin təmsilçisi, rəqib komandaların qapısına 10 qol vuran İslam Mehrəliyev qazandı.

Komandanın tam heyəti isə belə idi: Nurani iskəndərov( operator), Nicat Orucov (müxbir), Ruslan Babayev( decorator), Vaqif Əhmədov( mühafizə), Zamiq Babayev ( montaj), İlkin İmanov (rejissor),Pərviz Ağayev( operator), İslam Mehrəliyev( aparıcı).

ATV.az