Azərbaycan təmsilçisi gənclər arasında tamblinq üzrə dünya birincisi olub

Baxış sayı: 776

Azərbaycan təmsilçisi, əslən bakılı olan Mixail Malkin Sofiyada keçirilən  və faktiki olaraq gənclər arasında dünya birinciliyi sayılan tamblinq üzrə 25-ci Ümumdünya yarışlarının qalibi olub.

ATV.az-ın məlumatına görə,  21 yaşlı idmançısı akrobatik cığırda tullanma üzrə yarışda yeddi rəqibindən heç birinə şans verməyib.

Məşqçi Adil Hüsüynzadənin yetirməsi bu idman növündə sözləini demiş rusiyalı Aleksandr Lisitsıni və Böyük Britaniya təmsilçisi Dominik Mensaxı üstələyib.

Vüqar VÜQARLI//ATV.az