Ağır atletikanın əfsanəsi dünyasını dəyişdi Naim Suleymanoğlu vəfat etdi

Baxış sayı: 2941

ATV.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ağır atletikanın ən titullu  idmançısı, üçqat Olimpiya və 7qat dünya çempionu 50 yaşında qəfil vəfat etdi. Xəstəxanada vəziyyəti anidən pisləşən və qara  ciyərində problemlər olan idmançının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Bolqarıstanda doğulan və 1986-cı ildə Türkiyəyə qaçan Naim Şalamanov, sonradan soyadını dəyişmiş və Türkiyə bayrağı altında çıxış etməyə başlamışdı. Buna nail olmaq üçün Türkiyə ağır atletika fedetasiyası bolqar həmkarlarına 1 milyon dollar ödəməyə məcbur olmuşdu. Cəmi 147 sm boyu olan Naim öz çəkisindən üç dəfə(!) çox çəki qaldıra bilən nadir atletlərdən idi.

Allah rəhmət eləsin!  


Vüqar VÜQARLI // ATV.az