İtaliya futbol ulduzları millidən getdilər

Baxış sayı: 466

İsveçlə  oyundakı fiaskodan sonra  İtalıya yığmasının 4 veteran futbolçusu millidə çıxışlarını başa vurduqlarını elan etdi.

ATV.az xəbər verir ki 39 yaşlı Canluici Buffondan sonra İtaliya millisinin  digər dünya çempionları - 34 yaşlı  Daniele de Rossi və 36 yaşlı  Andrea Barzalyi , habelə   33 yaşlı Corcio Kyellini yığmada karyeralarını başa vurduqlarını bəyan etdilər.

Qeyd edək ki, İtaliya millisi İsveç səddini keçə bilməyərək, 1958-ci ildən sonra ilk dəfə mundiala vəsiqə qazana bilməyib.

Vüqar VÜQARLI//ATV.az