Stadionda gərginlik Evra azarkeşi bir təpiklə “yerə sərdi”

Baxış sayı: 73

Futbol üzrə Avropa Liqasının dördüncü turunda qarşılaşan “Viktoriya Gimaraeş” və “Marsel” klublarının oyununda xoşagəlməz hadisə baş verib. 

ATV.az France Football nəşrinə əsaslanaraq bildirir ki, fransızların müdafiəçisi Patris Evra azarkeşə ayaqla zərbə endirib. Səbəb isə isinmə hərəkətləri edən futbolçuya portuqaliyalı azarkeşin söz atması olub. Təhqir xarakterli sözlər qaradərili futbolçunu təngə gətirib və o, acığını belə çıxıb. Ehtiyat oyunçular skamyasında olmasına baxmayaraq, matçın hakimi Evraya qırmızı vərəqə göstərib. Azarkeş isə polisin nəzarətində stadiondan uzaqlaşdırılıb.

Rövşən Əliyev/ ATV.az