Həftənin ən yaxşısı ÇL-da bu titula kim yiyələndi?

Baxış sayı: 101

UEFA Çempionlar Liqasının bu həftə ən yaxşı futbolçusunun adı məlum olub. 

ATV.az UEFA-nın saytına əsasən bildirir ki, misirli yarımmüdafiəçi Məhəmməd Salah keçirilən səsvermənin qalibi olub. “Liverpul”un yarımmüdafiəçisi respondentlərin 51 faizinin səsini toplayıb. İkincilik isə Türkiyənin “Beşiktaş” klubunun hücumçusu Cenk Tosuna nəsib olub. Türk forvard 33 faiz səs toplaya bilib. Qeyd edək ki, Salah Çempionlar Liqasının ilk turunda da həftənin futbolçusu seçilib.

ATV.az