Messi ailəsi böyüyür Ücüncü körpə tezliklə gəlir

Baxış sayı: 103

Dünyanın ən məşhur futbolçularından biri, Lionel Messi növbəti dəfə ata olmağa hazırlaşır. 

ATV.az xəbər verir ki, bu barədə Argentina yığmasının və “Barselona” klubunun üzvü özü məlumat verib. “İnstaqram” səhifəsindən ailə fotoqrafını paylaşan 30 yaşlı futbolçu şəklin altında “beş nəfərdən ibarət ailə” cümləsini yazıb. Fotoda həyat yoldaşı Antonella Rokussonun hamilə olduğu gözdən qaçmayıb. Qeyd edək ki, Messi və Rokussonun 4 yaşlı Tyaqo, 2 yaşlı Mateo adlı iki oğlu var.

Rövşən Əliyev/ ATV.az