Barselonada Messi şoku Danışıqlar dayandı

Baxış sayı: 8682

“Barselona” klubu Lionel Messi ilə müqavilə şərtlərində razılığa gələ bilməyib.

ATV. az “Marca”ya istinadən xəbər verir ki, klubla danışıqlar aparan Messinin atası irəli sürülən ilk təklifi rədd edib. Bildirilir ki, şərtlərdən narazı qalan Messi tərəfi danışıqları mart ayına kimi dondurub. Məlumata görə, klub hazırda yeni il bayramı tətilində olan Messiylə telefon əlaqəsi yaradaraq onu bəzi məsələlərdə razı salmağa çalışır.

Qeyd edək ki, İspaniyadakı vergi qanunlarının ortaya çıxardığı problemlər üzündən Messinin başqa ölkədə futbol oynamaq istədiyi də gələn xəbərlər arasındadır.

Anar Türkeş / ATV.az