Tanınmış futbolçunu və xalasını güllələdilər SON DƏQİQƏ

Baxış sayı: 558

Almaniya 2-ci Bundesliqasında iştirak edən “Dinamo Drezden” klubunun futbolçusu Mark Vaks soyğunçuların hücumuna məruz qalıb.

ATV.az-ın məlumatına görə, bu barədə “Dinamo Drezden” klubunun internet səhifəsində açıqlama verilib. Bildirilib ki, Visbaden şəhərindəki mağazada silahlı şəxslər 21 yaşlı futbolçunun boyun nahiyyəsinə atəş açaraq, onu ağır yaralayıb.

Xəstəxanaya yerləşdirilən Vaksın həyatını xilas etmək mümkün olub. Hadisə zamanı güllə yaraları alan idmançının xalası isə həyatını itirib. Cinayətkarların saxlanılması üçün axtarışlar davam etdirilir.

Anar Türkeş / ATV.az