Azərbaycan o konvensiyaya qoşuldu

Baxış sayı: 258

Budapeştdə Avropa Şurasının idmana məsul nazirlərinin 14-cü konfransı öz işini yekunlaşdırıb.

Bu barədə ATV.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Konfransda gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Konfrans çərçivəsində A.Rəhimov Azərbaycanın “Avropa Şurasının futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma ilə bağlı Konvensiyası”na qoşulması üçün sənədi imzalayıb.