Bu gözəlçə karatemizin səviyyəsini qaldıracaqmı? Çexiyadan gətirildi...

Baxış sayı: 793

Karate üzrə Azərbaycan yığmasına yeni legioner idmançı cəlb olunub.

ATV.az-ın məlumatına görə, bu addımın təşəbbüskarı Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovdur. 

Mətbuata bu barədə məlumat verən Y. Bəşirov, 22 yaşlı Dorota Baltsiarova ilə 1 illik müqavilə imzalanacağını qeyd edib. Əslən slovak olan çexiyalı idmançının gənclər arasında Avropa və dünya çempionu olduğu bildirilir.  

Qeyd edək ki, Dorota Baltsiarova hələ ki, yalnız cazibəsi ilə qiqqəti cəlb edir. Onun yığmamızın üzvü kimi çıxış edəcəyi ilk mötəbər turnir yanvarda keçirilən "Paris Open" olacaq.

Vüqar VÜQARLI / ATV.az