Mourinyodan Messiyə "əxlaqsız" təklif

Baxış sayı: 1677

Barselona ilə müqavilə yeniləməyə tələsməyən Lionel Messi nəhəng klubların hədəfindədir.

ATV.az-ın məlumatına görə, "Çelsi", "Mançester Siti", "Mançester Yunayted" və digər klublar Messini heyyətinə cəlb etmək niyyətindədir. Onların arasında "Mançester Yunayted"in təklifi təəccüb doğurub. "Qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyonun hazırladığı təklif daha diqqətçəkən olub.

İddialara görə, "Yunayted Adidas" firması vasitəsiylə Messiyə təklif edəcək ki, "Barselona" klubu ilə müqavilə yeniləməyəcəyi təqdirdə şirkət ona 100 milyon avro ödəyəcək. Bildirilir ki, Messinin sərbəst qalması üçün "Barselona"ya 250 milyon avro ödəmək istəməyən qırımızı şeytanlar, bu yolla argentinalı ulduzu 2018-ci ildə azad agent statusuyla kluba cəlb etməyi planlaşdırır.

İddialara görə, Mourinyo Messiyə illik 50 milyon avro məvacib təklif etməyi planlaşdırır. Portuqaliyalı məşqçinin bu addımı internet istifadəçiləri arasında "əxlaqsız" təklif kimi dəyərləndirilib.

Anar Türkeş / ATV.az