Derbi öncəsi qan töküldü Fanatlar bıçağa əl atdı

Baxış sayı: 270

Bu axşam Çempionlar Liqasının 5-ci turu çərçivəsində üz-üzə gələcək "Sevilya" və "Yuventus" azerkeşləri arasında qarşıdurma baş verib.

ATV.az-ın məlumatına görə, Sevilyanın mərkəzi küçəsində qeydə alınan toqquşma zamanı ümumilikdə 3 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır. Bildirilir ki, ayaq və sinə nahiyyəsindən bıçaq zərbələri alan Yuventus tərəfdarı xəstəxanaya yerləşdirilib. 

Polisin səyi nəticəsində tərəfləri ayırmaq mümkün olub. Hadisə ilə bağlı hələ ki, heç kim saxlanılmayıb. Araşdırmalar davam edir.

Anar Türkeş / ATV.az