Dünya Kubokunun əsli Prezident İlham Əliyevə təqdim edilib

Baxış sayı: 301

Futbol üzrə dünya çempionatı ərəfəsində dünya turnesi çərçivəsində çempionatın Kubokunun əsli FIFA və AFFA tərəfindən Azərbaycana gətirilib.

AZƏRTAC xəbər verir ki, fevralın 9-da Kubok Azərbaycan Respublikası Prezidentinə təqdim olunub. Kubok futbol üzrə dünya çempionu, Fransa yığma komandasının keçmiş oyunçusu Kristian Karambö tərəfindən təqdim edilib.

ATV.az