Cəbhədə monitorinq Erməni silahli qüvvələri atəşkəsi 749 dəfə pozub

Baxış sayı: 99

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq cəbhənin Tərtər rayonu istiqamətində növbəti monitorinq keçirilib.

ATV.az-ın yerli bürosunun məlumatına görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Mixail Olaru ilk öncə Rayon İcra Hakimiyyətimnə gələrək, icra başçısı ilə görüşüb. ATƏT nümayəndələrinə məlumat verilib ki, sonuncu monitorinqdən bu günə kimi ermənilər iri çaplı snayper, plemiyot və minaatanlardan istifadə edərək 749 dəfə Azərbaycan ordusunun mövqelərini 481 dəfə təmas xəttinə yaxın yerləşən  yaşayış məntəqələrini atəşə tutub. Görüşdən sonra ATƏT nümayəndələri cəbhə xəttində müşahidələr aparmaq üçün  rayonun Qapanlı kəndi istiqamətinə yollanıblar. Monitorinq insidentsiz başa çatıb.

Vicay Vəliyev/ ATV.az