Polis əməliyyat keçirdi Narkotik və silah aşkarlandı

Baxış sayı: 212

Masallıda keçmiş məhkumdan narkotik və silah götürülüb.

ATV.az-ın yerli bürosunun məlumatına görə, rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində əslən Balakəndən olan 41 yaşlı Zöhrab Əzizov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb. Onun yaşadığı mənzilə baxış zamanı əlavə olaraq bağlama şəklində olan marixuana və lüləsi kəsilmiş, atış üçün yararlı olan odlu silah aşkar edilib.  Neftçala polisi də əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xıllı qəsəbə sakini, 60 yaşlı Çingiz Bədəlov və Bankə qəsəbə sakini, 33 yaşlı Baxış Hüseynovu şübhəli şəxs qismində saxlayıb. Çingiz Bədəlovdan ümumi çəkisi 456,6 qram, Baxış Hüseynovdan isə 28,5 qram narkotik vasitə olan həşiş qətranı aşkarlanıb. Hər üç faktla bağlı araşdırma aparılır.

Zaur İsmayılov/ ATV.az