Astarada qətl 20 il sonra Rusiyadan qayıdan şəxs öldürüldü

Baxış sayı: 422

Astaranın Kolatan kəndində kənd sakini 40 yaşlı Vüsal Hüseynovun yaşadığı mənzildə cəsədi aşkar olunub. 

ATV.az-ın yerli bürosunun verdiyi məlumata görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. İlkin məlumata görə, Vüsal Hüseynov küt alətlə başından aldığı zərbələrdən ölüb. Onun cəsədi müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və pataloji Anatomiya Birliyinin Lənkəran Şəhər Şöbəsinə təhvil verilib. Qeyd edək ki, Vüsal Hüseynov 20 ilə yaxın Rusiya Federasiyasında yaşayıb. O, bir neçə gün öncə Astaraya gəlib. Faktla bağlı araşdırmalara başlanılıb.

Zaur İsmayılov/ ATV.az