Sürücü idarəetməni itirdi 4 yaşlı sərnişin yaralandı

Baxış sayı: 269

Ağdamda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

ATV.az xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində baş verib. İlkin məlumatlara görə hadisəyə səbəb VAZ 2106 markalı avtomobilin sürücüsü, İsgəndər Abbasovun idarəetməni itirməsi səbəb olub. Qəza nəticəsində avtomobildə olan sərnişinlər Qənirə Abbasova, Suqurə Şərifova və 4 yaşlı Nigar Səmədli müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə FHN və təcili yardım briqadası cəlb edilib. Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Vicay Vəliyev/ ATV.az