Alpinistlərin axtarışı davam edir

Baxış sayı: 502

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları bu gün də davam etdirilir. Axtarış işlərində  Türkiyədən cəlb olunan və xüsusi texnika ilə təchiz olunmuş mütəxəssislərlə yanaşı Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən ibarət könüllü dəstələri eləcə də müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır. Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilir. Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində yəni dəniz səviyyəsindən 3000-3200 metr yüksəklikdə aparılır. 

Mirislam Əhmədoğlu // ATV.az