Nazim Abdullayev: “Qarabağ”ı dağılmağa biz qoymadıq”

Baxış sayı: 586

ATV.az “Maraqlı insanlar” rubrikasının növbəti qonağını oxucularına təqdim edir. Bu gün biz siması ilə yox, gördüyü işlərlə hər zaman gündəmdə olan,  Azərbaycanda ilk özəl bankın yaradıcısı,  “Qarabağ” klubunun ilk prezidenti, iqdisadi elmlər namizədi, Azərbaycan mədəniyyətin inkişafında danılmaz rolu olan  Nazim Abdullayevdir.

Nazım müəllim, doğrusu heç bilmirəm söhbətimizi nədən başlayaq… Sizin futbolumuzda olan rolunuzdan, mədəniyyətimizin inkişafı naminə gördüyünüz işlərdən, yoxsa Azərbaycanın ilk müstəqil bankir kimi fəaliyyətinizdən?

Gəlin lap əvvəldən, heç kimin başına gəlməyən bir işdən başlayaq - mənim 10 il ərzində 11məktəbdə oxumağımdan (gülür). Səbəbi isə atamın kənd təsərrufatı nazirliyində işləməsi və onun kompleks yoxlamalara göndərilməsi idi. Axı bu yoxlamalar aylarnan davam edirdi.  Bakıda isə heç kimimiz yox idi ki, uşaqları kiminsə yanında qoymaq olsun. Ona görə də atam ailəsini də özü ilə aparırdı. Buna baxmayaraq, mən az qala qızıl medal alacaqdım, məktəbi bitirəndə cəmi iki dördüm oldu… O da  ona görə idi ki 10 sinifdə bir az zəiflədim, doqquz il ancaq “beşlərim” var idi!  Beləliklə, “qızıl medal”ın bir addımlığında dayansamda instituta, “AZİ”yə daxil oldum, indiki Neft Akademiyasına. Ora qəbul olmaq çox çətin idi, amma mən söz verdim ki, oraya nəinki qəbul olacam, hətta oxuyanda da ən fəal tələbələrdən olacam. Necə dedim, elədə etdim. Orada da fəallığımla seçilirdim, əvvəl fakultəmizin tələbə həmkarlar ittifaqının sədri oldun, sonra isə institutun. Sonra institutda qalıb, institutun həmkarlar inttifaqının sədri oldum - cəmi 28 yaşımda. Moskvada keçirilən Olimpiya oyunlarında Azərbaycanı təmsil edən 250 nəfərlik mədəniyyət işçilərindən ibarət nümayəndə heyyətinə rəhbərlik edirdim, biz Olimpiya oyunlarının açılışında çıxış etməliydik.

 Dediniz ki, qızıl medalın iki addımlığıda dayandınız, onu əldə edə bilmədiniz. Ümumiyyətlə, sonralar həyatınızda nəyəsə nail olmağa lap yaxın olaraq, onu əldə edə bilmədiyiniz olubmu? Bu məqamardan sonra hansı hisslər keçirirdiniz?

 Həyatda da məni tanıyanlar bilir ki, mən heç vaxt hər bir şeyi əldə etməyə çalışmamışam. Əldə etdiklərim isə mənə kifaət və ləzzət edir ki, bunları sırf öz əməyimnən əldə etmişəm. Həmkarlar ittifaqında çalışanda SSRİ Həmkarlar ittifaqının plenumunun üzvünə kimi gəlib çıxmışam və bu nailiyyətdən kifayət qədər çalışdığım institutun müəllim və tələbərinin sosial durumunun yaxşılaşdırılmsası üçün işlər görmüşəm, üç dəfə dövlət tərəfindən mükafatlandırılmışam, respublikamızın Ali Sovetinin Fəxri Fərmanından tutmuş, SSRİ-nin “Xalqalar dostluğu” ordeninə kimi. 10 il institut Həmkarlaq ittifaqının sədri olduğum müddətdə 452 müəllimlərə ev vermişəm. Sonralar kooperativlər dövrü başlasdı, məndə ilk elmi kooperativ yaratdım, zavodların məhsuldarlığını artırmaq üçün sıfarişləri qəbul edib, işlər görürdük.

 Demək olar ki, siz Sovetlər vaxtı   Azərbaycanın  ilk menecerlərindən olmusunuz?

Menecer kimi ilk olmağımı dəqiq bilməsəmdə, ilk müstəqil bankı Azərbaycanda məhz biz yaratmışıq. Əvvəl “İnkişaf” assosiyasıyası yaratdıq, sonra eyni ad ilə bank. Bunun üçün SSRİ Dövlər Bankından xüsusi lisenziya aldıq və 1990-cı ildən fəaliyyətə başladıq. O zaman vəziyyət çox pis idi, bu sferada işləyənlərin əksəriyyəti erməni olduğundan bank sistemimiz az qala iflic vəziyyətində idi, milli karlarımız yox dərəcəsində idi. Bunu görüb mən  Xalq təsəruffatı institutunun ( indiki İqtisad universiteti-red) rektoru vəzifəsində çalışan Fuad Ələskərovdan xahiş etdim ki, mənə diplom işinə çıxan tələbələrdən 5-6 nəfər versin ki, onlar bankda praktika keçib bu sahədən yazsınlar və bank sistemində çalışsınlar. O da, sağ olsun, bu seçimi etmək üçün şərait yaratdı. Onların hamısını gönrərdim təcrübə toplamaq üçün Türkiyə ki, sonra qayıdıb bizim bankda çalışınlar.

Indi onların biri nazir müavini vəzifəsində çalışır, biri Maliyyə nazirliyində idarə müdüri işləyir, digəri Mərkəzi bankda. Seçdiyim 6 nəfərdən qıznan oğlan bir biri ilə evlənib, ailə qurblar, oğlan xarici şirkətlərin birində çalışır. Hamısı adi, kasıb ailələrin övladları idi. 6 nəfərdən ən kasıbı  Etibar Cəfərovu isə birbaşa Yaponiyaya göndərdim, orada oxudu, işlədi,  iqdisad elmləri doktoru oldu və hazırda Vaşınqtonda Dünya bankında şərq ölkələrinin kuratoru vəzifəsində çalışır.

 Onlar sizinlə indi əlaqə saxlayırlarmı?

 Sağ olsunlar yaddan çıxartmırlar. Bayramnan bayrama yada salsalar da, bu mənə bəsdir( gülür).

Bu qədər işlər görmüsünüz, kardlar yetişdirmisiniz, yardımlar etmısiniz. Gördüyünüz işlərdən ən  fəxrlə yada saldığınız hansıdır?

Nə bilim vallah… Yəqin ki elə sovet vaxtı, ermənilərlə müharibə etdiyimiz günlərdə gördüyüm işlər. Rusiya şəhərlərinin birindən Bakıya vaqonlarda mebel gətirirdik və oradan pulumla silah alıb, mebelin arxasında gizlədərək onu Azərbaycana çatdırıb, özünümüdafiyə batalyonlarına paylayırdım. O vaxt gediş-gəliş sərbəst idi, Rusiya və Azərbaycan arasında sərhəd məntəqələri yox idi, axı bir ölkənin vətəndaşlarıydıq.

Qarabağ müharibəsi  mövzusunda ilk və indiyədək deyərdim ki ən baxımlı və tamaşaçı tərəfindən sevilən “Fəryad” filminində sponsor siz olmusunuz. Bilirəm bu barədə danışmağı xoşlamırsınız amma bu filmin sizin şəxsi vəsaitinizlə çəkildiyini çox adam bilmir axı…

1991-ci il idi, mən SSRİ Banklar Assosiasiyasının vitse-prezidenti idim. Vaqif Mustafayevlə Ceyhun Mirzəyem mənim yanıma tez-tez gəlib gedirdi.  Moskvada Vaqif Mustafayevin bir filmini az qala itirmişdilər. Film təzə çəkilmiş, “proyavka” üçün moskvaya yollanmışdı. Ölkə dağılırdı, heç kəsdən heçnə tələb etmək olmurdu artıq. Mən bu filmi tapıb, Vaqıfə qaytardım. Ondan sonra münasibətlərimiz daha da möhkəmləndi. Biz “Fəryad”ı çəkdik. Oradakı baş qəhrəmanının real prototipi vardı - o Mehman adında  qardaşım Baratın dostu olan döyüşçü idi. O mənə öz tarixçəsini, 6 ay ermənilərin əlində əsir olduğunu danışanda mən onun hekayəsini artıq film şəkilində görmək istədim və Vaqif Mustafayevə müraciət etdim. O məni dinlədikdən sonra filmin ssenari yazmağa və Ceyhunla birgə çəkməyə qərar verdik. 1993-cü ilin mart ayında film artıq hazır idi, Cehhun rəhmətə getdi. Ona görə də filmdə onu başqa aktyor səsləndirir. Min bir əziyyətdən sonra 1993 cü ilin oktyabr ayında  o vaxtkı “Respublika” Sarayında  filmin prezentasiyasını keçirtdik. Sonra filmi hərbi hissələrdə nümayiş etdirmək üçün 5 səyyar kino qurğusunu tam təmir edərək, bütün cəbhə boyu yerləşdirilmiş hissələrdə göstərdik. Film mənim tam mülkiyyətimdə olmağına baxmayaraq, mən onu təmənnasız bütün telekanallarımızda yayılmasına icazə verdim. 2008-ci ildə isə rəsmi olaraq filmin müəllif hüquqlarını dövlət kino fonduna bağışladım.

 Bəs “Qarabağ” klubu ilə sizin əlaqələriniz necə yarandı?

 Ağdam işğal olunandan sonra “Qarabağ” klubu tam dağılmaq üzrə idi, onun futbolçuları hərəsi bir kluba keçdi. O zaman Nəsimi rayonunun prokuropu vəzifəsində çalışan Yusif İldırımzadə mənə zəng edərək kluba necə kömək edə biləcəyimi soruşdu. Dedim ki, bu kluba hər cür yardım etməyə hazıram. Və o mənim yanıma klubun idman direktoru olan Adil Nadirovu (tanınmış futbolçu Vüqar Nadirovun əmisi- red.) göndərdi. Bu adam çox vətənpərvər, klubunu vətənini sevən bir insan idi. O mənə oyunçuların hərəsinin bir kluba keçdiyini dedi. Mən isə ona dedim ki get hamısını qaytar, hamısının da pulunu verək. O da onların, demək olar ki, hamısını doğma klublarına qaytardı.

 Bu adamla 4-il çiyin çiyinə işlədik, çox əziyyətlər çəkdik. Sumqayıtda, sanatoriyada məskunlaşdıq, stadionumuzda “İnşaatçılar” stadionu idi. Heç ot örtüyü də yox idi. Məşq edə-edə hamısını düzəltdik. Klubu dağılmağa qoymadıq, çempionatdan kənar qalmadıq. Cəmi bir aya komandanı bərpa etdik! Mən də klubun prezidenti oldum. Avrokuboklarda ilk xalı Azərbaycana gətirdik, “Mü-Pa 47”- komandası ilə oyunda. 1997 ci ildə isə avrokuboklarda çexiya klubu ilə qarşılaşma zamanı Ağdamın işğal gününə düşdü. Və mən təkidlə bildirdim ki, biz bu məqamı stadionda bir dəqiqəlik sükutla qeyd etməliyik. Əlbəttə, UEFA komissarı buna əvvəl etiraz etdi, bildiyiniz kimi onlar futbolu siyasətlə qarışdırmağın əlehinədir. Onda mən komandanı oyuna buraxmayacağımı elan etdim. Sonra biz razılaşdıq və onları bir qısa mətn verdik ki oxusunlar. Mətni bizimlə gedən Aqil Abbas yazmışdı, mən onu rus dilinə tərcümə etdim, sonra isə onlar çex dilinə çevirdilər. Nə bilim bəlkə bəxtimiz gətirdi və onlarda, necə deyərlər, çox “dərinə getmədilər”, amma biz istədiyimizə nail olduq. Düzdü 5:0 uduzduq, amma əsas o idi ki, biz istədiyimizi edə bildik və ilk dəfə olaraq futbolda belə bir hal baş verdi. Elə həmin 1997-ci ildə  klubun təsisçisi dəyişdi və mən klubdan uzaqlaşdım. Deməli, futbolda son missiyam bu imiş.

İndiki rəhbərliklə münasibətiniz var? Qurban Qurbanov sizi şəxsən tanıyırmı?

 Yox, indiki rəhbərlikdən heç kimlə ünsiyyətdə olmamışam,amma Qurban məni əlbətttə, tanıyır. Mən klub prezidenti olanda o “Neftçi”nin oyunçusu idi. Sonrakı illərdə cəmi bir dəfə toplantıların birində təsədufən görüşdük, salamlaşdıq. Başqa bir ünsiyətimiz olmayıb.”Qarabağ” haqqında kitabda isə mənim adımı “1993-1997 ci illərdə kluba yardım edənlərdən biri” kimi qeyd olunub. Halbuki, mən sıradan biri yox, əsası və birincisiydim.

 Siz karateçilərimizə də az yardım etməmisiniz…

 Bəli, çünki 90-cı illərin əvvəli  çox ağır idi, idmançılar pul tapmırdılar. Karate yığmamız elə o vaxt da çox güclü idi - Ülvi Quliyev, Fizuli Musayev, Rəhman Hətəmov – çox parlaq yığmamız var idi. Və 1994-cü ildə Yaponiyaya dünya çempionatına getmək üçün bunlar pul tapa bilmirdilər. Mən kömək etdim, ora çatanda isə tətcüməçi kimi həmin vaxt yaponiyaya oxumaq və təcrübə yığmaq üçün yolladığım  Etibar Cəfərov bizə yardımçı oldu. Komandamız çox gözəl çıxış etdi və karatenin məskənində yalnız yaponların özlərinə məğlub olaraq 3-cü oldu.

 Bu Yeni Il ərəfəsində bir çox adam Şaxta Baba kimi uşaqları sevindirməyə çalışacaq. Amma mən belə başa düşürəm ki, Siz bir çox böyüklərə “Şaxta Babalıq”etmisiniz…Bəs özünüzə Şaxta Baba hansısa bir hədiyyə edib? Ümumiyyətlə həyatınızda belə bir insan olub?

 Yox, mən uşaqlıqdan Şaxta Baba, demək olar ki, görməmişəm. Biz Novruz bayramını daha təntənəli keçirdirdik, nəinki Yeni İli. İnstitut illərindən başlayaraq özüm tələbələrə Şaxta Baba təşkil edirdim, hədiyyələr paylayırdım.  Buna görə 14 il mən evdə keçirdə bilməmişəm Yeni ili. Indi isə nəvələrim özləri mənə geyindirir Şaxta Babanın paltarını saqqalını və onlarla birlikdə şənlənirəm.

Vüqar VÜQARLI

ATV.az