Səfuradan ərinə doğum günü təbriki “Mənə gözəl övladlar bəxş etdin. Səni sevirəm”

Baxış sayı: 1110

Bu il dünyasını dəyişən sabiq Energetika naziri Natiq Əliyevin oğlu Fərhadla ailəli olan müğənni Səfura Əlizadə həyat yoldaşının doöum gününü sosial mediadan təbrik edib. 

ATV.az xəbər veriri ki, bu gün ad gününü qeyd edən ərini çox sevdiyini etiraf edən xanım bunları yazıb: " Bu gün həyatımın ən vacib günlərindən biri, sevimli həyat yoldaşımın ad günüdür. Həyatımda olduğun üçün Tanrıya təşəkkür edirəm. Həyatda ən yaxşı nə varsa, onu sənə arzu edirəm. Çünki sən məni dünyanın ən xoşbəxti edərək, mənə gözəl övladlar bəxş etdin. Səni sevirəm” .

ATV.az