Xeyriyyə aksiyasında 201 nəfər könüllü qan verib

Baxış sayı: 59

Tərtər Rayon Mərkəzi Xəstəxanasında keçirilən könüllü qanvermə aksiyasında 201 nəfər qan verib.

ATV.az AZƏRTAC-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə keçirilən aksiyada idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, gənclər könüllü olaraq iştirak ediblər. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə ediləcək.

ATV.az