DSX: İşğal altındakı dövlət sərhədlərindən qeyri-qanuni istifadə halları davam etdirilir

Baxış sayı: 43

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Baş Plan və Prinsiplər İdarəsinin rəisi general-pol­kovnik Yavuz Türkgencin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

DSX-nın Mətbuat Mərkəzindən ATV.az-a verilən məlumata görə, görüşdə Azərbaycan DSX və Türkiyənin Silahlı Qüvvələri arasında ikitərəfli əla­qə­lə­rin vəziyyəti yüksək qiymətləndirilib və gələcək əməkdaşlığın per­spektivlərinə dair fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Azərbaycanın dövlət sərhəd­lərin­dəki möv­cud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermə­nistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu əra­zilərdən qeyri-qanuni məqsədlərlə isti­fadə hallarının davam etdi­rilməsi qeyd olunub. Transsərhəd cinayətkarlığı ilə mübarizədə həyata ke­çirilmiş tədbirlər, DSX-da aparılan islahatlar, sər­həd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın tək­mil­ləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlu­mat verilib.

Tərəflər arasında hərbi və hərbi-texniki sahədə əlaqələrin də­rinləş­diril­mə­si, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi məqsə­dilə qarşılıqlı təcrübə müba­di­ləsinin aparılması və birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaş­lığın genişləndirilməsinin zəruriliyi vurğu­lan­ıb.

Görüşdə Тürkiyənin Azərbaycandakı föv­qə­ladə və səlahiyyətli səfiri Erkan Özoral da iştirak edib.

NÜBAR NİYAZİQIZI//ATV.az