Kəmaləddin Heydərovun rəhbərliyi ilə nümayəndə heyəti "Dubai Airshow 2017" beynəlxalq aviasiya sərgisində iştirak edib

Baxış sayı: 50

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Dubai Airshow 2017" beynəlxalq aviasiya sərgisində iştirak edib.

FHN-dən ATV.az-a verilən məlumata görə, noyabrın 12-dən 16-dək keçiriləcək "Dubai Airshow 2017" sərgisi ən böyük beynəlxalq aviasiya sərgisi hesab olunur.

Sərgidə  dünyanın 60-dan çox ölkəsindən 1200-dən artıq eksponat, 160-dan çox müasir təyyarə nümayiş etdirilir.

"Dubai Airshow" sərgisində mülki, hərbi və ümumi təyinatlı aviasiya, kosmik texnika, biznes, təyyarədə təhlükəsizlik, yük aviadaşımaları, aeroportlar üçün həllər, hərbi texnika, texnologiya və aviasiya sənayesində texnologiyalar üzrə pavilyonlar yaradılıb.

NÜBAR NİYAZİQIZI//ATV.az