Efir məkanında bir ilk ATV və 106.3 Cocuq Mərcanlıdan Canlı yayım etdi

Baxış sayı: 82

Hər zaman yeni layihələrə imza atan Azad Azərbaycan televiziyası və 106.3 FM radiosu 9 noyabr - Dövlət Bayrağı günü münasibətilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən canlı yayımlanıb.

ATV.az xəbər verir ki, düşmənlə bir neçə kilometr məsafədən həyata keçirilən canlı yayım dövlət himninin səsləndirilməsi ilə başlayıb. Canlı yayımla yanaşı Cocuq Mərcanlıda həm də konsert proqrmaı təşkil edilib. Konsert proqramında Cocuq Mərcanlı qəsəbəsinin sakinləri ilə yanaşı "N saylı" hərbi hissənin əsgər və zabitləri də iştirak edib. Çıxış edən kənd sakinləri 106.3 FM radiosunun və Azad Azərbaycan televiziyasının onlara göstərdiyi bu diqqəti özləri üçün mənəvi dəyər kimi qiymətləndiriblər.

ATV.az