106.3 FM İçəri Şəhər metrostansiyasında Canlı yayım

Baxış sayı: 99

ATV.az xəbər verir ki, 6 noyabr Radio günü və Bakı Metropolitenin 50 illik yubileyi ilə əlaqədar olaraq Azad Azərbaycan radiosu 106.3 FM “Metro-50” layihəsinə imza atıb. Bakı Metropolitenin tarixində ilk dəfə 106.3 FM radiosunun efiri canlı olaraq İçəri Şəhər metrostansiyasından yayımlanıb. Səhər saat 08:00-dən start götürən efirdə Metropolitenin əməkdaşları iştirak ediblər. Metrodan yayımlanan efir zamanı Bakı Metrosuna həsr olunmuş yeni mahnı təqdim olunub.

Həmin tədbirdən olan fotoları sizə təqdim edirik:

Foto: Səfiyar Məcnun
ATV.az