Qənirə Paşayevadan sərt sözlər Nurayın aqibəti ilə bağlı...

Baxış sayı: 5674

ATV.az-ın ictimailəşdirdiyi balaca Nurayın məhkəmə icraçıları tərəfindən zorla atasına verilməsi məsələsi artıq ölkə gündəminə çevirilib. Tanınmış millət vəkili Qənirə Paşayevada bu məsələyə biganə qalmayaraq, öz "Facebook" səhifəsinndə bu statusu paylaşıb: 

"10 yaşlı balaca Nurayla bağlı səhər tezdən bütün aidiyyatı qurumlarla danışırq. Ombudsman Elmira xanım, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Rəxşəndə xanım, Quba rayonundan millət vəkili Vahid müəllimlə də geniş fikir mübadiləsi apardıq. Bu məsələ artıq ciddi nəzarət altındadır və ümid edirik ki, baş verənlərlə bağlı ciddi tədbirlər görüləcək. Və balaca Nuraya lazımi yardım göstəriləcək.Rəxşəndə xanımla müzakirə zamanı bir çox önəmli nöqtələrə toxundu məsələ ilə bağlı. Ailə məsələsi olduğu üçün açıqlamaq istəmirəm. Sadəcə bunu demək istəyirəm ki, uşaqlar bizim əzizimiz, canımızın bir parçasıdır amma əmlakımız deyil. Onunla nə zaman, necə istəyirik rəftar etmək doğru deyil. Onun duyğularını nəzərə almamaq, psixoloji durumuna önəm belə verməmək... Bunlar böyük yanlışdır."

ATV.az