Övladını dünyaya gətirməyi "Facebook"da canlı yayımladı

Baxış sayı: 1104

Türkiyədə 35 yaşlı qadın təbii yolla övlad dünyaya gətirməyin çətinliklərini hər kəsə göstərmək üçün “Facebook”da canlı yayım edib.

ATV.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadının sancısı başlayan andan, uşağın doğulmağına qədər baş verənləri “Facebook”da 200 mindən çox insan izləyib.  

3 uşaq anası olan qadın belə bir addım atmağının səbəbini bu sözlərlə izah edib: “Digər anaların doğum hekayələri mənə çox kömək oldu. Doğum heç də filimlərdəki kimi asan deyil.  Mən də istədim ki, digər analara gerçək doğumun necə olduğunu göstərim."

Ülviyyə Nurəddinova / ATV.az