Soyuq havada ayağınızın üşüməməsi üçün bunu edin

Baxış sayı: 1873

Şaxtalı havada bahalı ayaqqabı da bəzən ayaqlarımızın üşüməməsinə təsir edə bilmir. İstər yun corab, istərsə də iki corab üst-üstə geyinsək də, şaxtalı havada ayaqlarımız isti olmur.

Təqdim edəcəyimiz bu üsulla nəhayət ki, bunun çarəsini tapacaqsınız. Bunun üçün bizə alüminyum kağız, qələm və qayçı lazım olacaq.

Öncə ayaqqabının içliyini çıxarın. İçliyi alüminyumun kağızın üzərinə qoyun. Qələmlə cızaraq, ölçüsünə görə alminyum kağızdan içlik kəsin. Kəsdiyiniz alminyum içliyi ayaqqabınızın içinə qoyaraq, üstünə ayaqqabınızın öz içliyini qoyun.

Bu üsulla keyfiyyətli və isti ayaqqabıya sahib olacaqsınız.