Bakı 2017-ci ili möhtəşəm atəşfəşanlıqla qarşıladı

Baxış sayı: 1241

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Dənizkənarı Milli Parkda təşkil olunan bayram atəşfəşanlığını paytaxtın minlərlə sakini izləyib.

ATV.az xəbər verir ki, bulvar ərazisində müxtəlif yerlərdə hündür şam ağaclarının bayramsayağı bəzədilməsi və işıqlandırılması Dənizkənarı Milli Parka xüsusi gözəllik verirdi.