İki piyada keçidi istifadəyə verildi

Baxış sayı: 214

Bakı şəhərində daha iki yerüstü piyada keçidi istifadəyə verilib.

ATV.az “Azəravtoyol” ASC-yə istinadaən xəbər verir ki, piyada keçidləri M-1 Bakı-Quba-Rusiya Fedarasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12.2-ci km-də və Bakı şəhəri, Sabunçu rayonu Şəhər şossesində inşa olunub.

Keçidlərin istifadəyə verilməsi mərasimində “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov, sədr müavinləri Əvəz Qocayev və Hüsnü Quliyev, cəmiyyətin digər rəhbər şəxsləri, həmçinin rayon rəhbərliyi və ictimaiyyəti iştirak ediblər.

Qeyd edək ki, keçidin tikintisinə cari ilin iyun ayında başlanılıb. Hazırda Bakı şəhəri ərazisində 11 yerdə yeraltı və yerüstü piyada keçdilərinin inşası aparılır. Yaxın gələcəkdə zəruri olan digər ərazilərdə də yüngül konstruksiyadan ibarət piyada keçidlərinin inşası nəzərdə tutulub.