İşçi qrupları görüləcək işləri müzakirə etdi DSK

Baxış sayı: 124

Dövlət qurumlarında olan reyestrlərin və inzibati məlumatların Dövlət Statistika Komitəsinin statistik məlumat bazalarına inteqrasiyası məqsədilə yaradılmış İşçi qrupları 2017-ci ildəgörüləcək işləri müzakirə edib.

DSK-dan ATV.az-a verilən məlumata görə, statistik vahidlərin üzərinə düşən məlumat yükünün azaldılması üçün onlar tərəfindən müxtəlif dövlət qurumlarına təqdim edilən məlumatlar üzrə təkrarçılığın aradan qaldırılması, inzibati vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət qurumları tərəfindən toplanan məlumatların rəsmi statistikada istifadəsinin genişləndirilməsi, həmin məlumatların statistik məlumat bazalarına inteqrasiyası məqsədi ilə Dövlət Statistika Komitəsində yaradılmış işçi qruplarının birgə iclası keçirilib.

İclasda Səhiyyə, Təhsil, Gənclər və İdman, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm, Daxili İşlər, Kənd Təsərrüfatı, Vergilər, Fövqəladə Hallar və İqtisadiyyat nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Baş Prokurorluğun, Dövlət Miqrasiya Xidmətinin, Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Dövlət Sərhəd Xidmətinin, Dövlət Neft Fondunun, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-lərinin işçi qruplarında təmsil olunan səlahiyyətli nümayəndələri iştirak ediblər.

İclasda ayrı-ayrı nazirlik, komitə və təşkilatlarda mövcud olan informasiya ehtiyatları, rəsmi statistika məqsədləri üçün istifadə olunacaq göstəricilərin ilkin siyahısı, məlumat mübadiləsi üçün texniki imkanlar, məlumatların inteqrasiyası ilə bağlı həyata keçiriləcək növbəti addımlar müzakirə edilib. Qeyd edilib ki, Dövlət Statistika Komitəsinin mütəxəssisləri tərəfindən İşçi qrupun üzvlərinə təqdim edilmiş göstəricilər aidiyyəti üzrə baxıldıqdan sonra Dövlət Statistika Komitəsi ilə digər dövlət orqanları arasında məlumat mübadiləsinin rəsmiləşdirilməsi üçün müvafiq Saziş layihələri hazırlanacaq.

Günay Məryəm / ATV.az