Misir hökumətindən qeyri-adi qərarı Rus gözəlçə bu rəqsinə görə deportasiya edilir

Baxış sayı: 1445

Misirdə restoranlardan birində çalışan rus rəqqasə ölkədən deportasiya edilir. 

ATV.az Haberler.com-a istinadən bildirir ki, buna səbəb onun rəqs paltarıdır. Belə ki, iddialara görə, Misirdə “Gawhara” ləqəbi ilə tanınan rusiyalı rəqqasə Yekaterina Andreyevanın geyimi həddindən artıq açıq-saçıq olub. 31 yaşlı rəqqasə, standartlardan kənar geyimləri ilə gənclərə pis nümunə olmaqda ittiham edilir. Həmçinin, onun Misirdə yaşamaq və fəaliyyət göstərmək üçün rəsmi icazəsinin olmadığı da deyilir. Yekaterina Andreyeva isə bu ittihamları rədd edərək, geyimlərinin bir çox misirli rəqqasələrin kostyumundan fərqlənmədiyini vurğulayıb. Onun vəkili Muhammed Salih müvəkkilinin geyimlərinin Turizm Nazirliyi tərəfindən qoyulan qanunlara uyğun olduğunu və Andreyevanın Misirdə icazəli çalışan yeganə xarici rəqqasə olduğunu deyib.

ATV.az