Şəfaq Novruz tanınmış türk modelinə belə saç düzümü etdi

Baxış sayı: 2284

Məşhur Azərbaycan stilisti Şəfəq Novruz Türkiyədə master-klass keçirdiyi barədə artıq məlumat vermişdik. İstanbulda keçirilən bu tədbir Şəfəq Novruzun dünya turunun bir hissəsidir. Şəfəq bundan öncə Daşkəndə, sonra isə BƏƏ, Rusiya Almaniya və ABŞ-da peşəkar kurslarını keçərək, dinləyicilərinə sertifikat verməyi planlaşdırır.

ATV.az xəbər verir ki, master-klass zamanı stilistimiz Türkiyənin tanınmış modeli Əsraya saç düzümü etdi. Onun əməyinin nəticəsini görən 200 yaxın dinləyici həmvətənimizi ayaq üstə alqışladılar.

Qeyd edək ki, Esranı bəzəməkdə Şəfəq xanımın yardımçısı və anasının davamçısı olan qızı Ayan idi. 

Vüqar VÜQARLI//ATV.az

Istanbul