Qaşlarına əl gəzdirməyən model

Baxış sayı: 393

Adətən modelləri xarici görünüşündə ən xırda detallara qədər diqqət yetirən insanlar kimi tanıyırıq. Amma ABŞ-da təhsil alan Sofya Hicipanteli təbiətdən gələn sarışınlığı, mavi gözlülüyü və gözəl bədən qurluşuna daha bir nüans qatıb. Bu da onun anadangəlmə olan qaşlarına əl gəzdirməməsidir. ATV.az xəbər verir ki, Merilend universitetinin tələbəsi olan əslən kiprli xanım bu qaşlarla moda dünyasını fəth edəcəyini qarşısına məqsəd qoyub. Model kimi yeni fəaliyyətə başlayan Sofya artıq müəyyən uğurlar əldə edib. Bir sıra ABŞ-ın moda evləri sarışın, təbii qaşlı gözəlçəyə təkliflər yağdırmağa başlayıb.

ATV.az