2018-ci ilin paltar dəbi Modelyerlər nə məsləhət görür?

Baxış sayı: 1431

Dünyanın tanınmış modelyerlərindən birinin təbiri ilə desək, paltar qadın qarderobunun əsas elementidir. 

ATV.az bu deyimi nəzərə alaraq, məşhur stilist və modelyerlərin 2018-ci ildə xanımlara nə məsləhət gördüyündən yazır. Onlar hesab edir ki, aşağıdakı paltar modelləri və dizaynları bu il daha aktual olacaq. Məsələn, Blumarine və Giambattista Valli geniş ətəkli paltarları nümayişə çıxarıblar. Elie Saab isə kombinə parçadan olan qadın paltarlarına üstünlük verib. Dolce & Gabbana modalar evi şəffaf, qadın bədəninin cizgilərini aydın göstərən paltarların bu il daha çox dəbdə olacağını düşünür. Coach brendi isə daha açıq-saçıq paltaların qarderobda proioritet olacağına əmindir. Rəngli, kontrastlı və retro stilli paltarlar da bu ilin ən çox geyinilənləri arasında olacaq.

ATV.az