İrina Şeyk – 32 İllərin gözəlliyindən heç nə ala bilmədiyi model

Baxış sayı: 985

Bu gün dünyanın ən gözəl modellərindən biri, İrina Şeyk kimi tanınan İrina Şayxilislamovanın doğum günüdür. 

ATV.az xəbər verir ki, 1986-cı ilin bu günündə çelyabinskdə dünyaya göz açan ulduz erkən yaşlarından atasını itirib. Milliyətcə tatar olan şaxtaçı atanın vaxtsız ölümü əslən rus olan ananı iki qızını tək böyütməyə vadar edib. Ali məktəbə qəbul olman İrina tezliklə yerli modelyerlərin diqqətini cəlb edir. 178 sm boya, 53 kq çəkiyə, 86-61-89 ölçülərə malik olan xanım qısa müddət ərzində məşhurlaşır və Avropadan, ABŞ-dan dəvətlər alır. 2005-ci ildən peşəkar model kimi fəaliyyətə başlayan gözəlçə bu gün bir çox tanınmış markanın simasıdır. 2010-2015-ci illərdə məşhur futbolçu Kriştianu Ronaldu ilə  birlikdə olan İrina ondan ayrılandan sonra aktyor Bredli Kuperlə münasibət yaradıb. Hazırda cütlüyün bir qızı var.

Qeyd edək ki,  bir sıra filmlərdə aktrisa kimi də rol alıb.

ATV.az