2017-ci ildə baba və nənə oldular - siyahı

Baxış sayı: 913

2017-ci ilin bitməsinə 3 gün qalıb. Geridə qoyduğumuz il bir çox məşhurun həyatında dəyişikliklər edib. ATV.az Axşam.az-a istinadən 2017-ci ildə nənə və baba olan tanınmışların siyahısını təqdim edir:

Əməkdar artist Bəsti Sevdiyevanın qızı Aytacın övladı dünyaya gəlib. B.Sevdiyevanın qız nəvəsi Şimali Kipr Türk Cümhuriyyətində doğulub. Körpəyə Esilyanur adını qoyublar. Əməkdar artist Coşqun Rəhimov ikinci dəfə baba olub. Aktyorun qızının ikinci övladı dünyaya gəlib. Körpəyə Mikayıl adı qoyulub. Müğənni Əlikram Bayramov da bu il ikinci dəfə baba olub. İfaçının oğlu Qalibin qızı dünyaya gəlib və ona Fərəh adı qoyulub. Mərhum xalq artisti Eldəniz Zeynalovun nəvəsi  dünyaya gəlib. Onun oğlu, İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Məmməd Zeynalov ağır xəstəlikdən sonra ata olub. Ailə körpəyə babasının adını qoyub. Müğənni Nazənin də bu il nənə olub. Sənətçi oğlunun yeni doğulan övladına Rəhim adını qoyub. 

ATV.az