Vanessa Paradi – 45

Baxış sayı: 500

Vanessa Paradi.

Bu ad çoxlarına yaxşı tanışdır. İlk albomu “M & J” işıq üzü görəndə onun cəmi 14 yaşı var idi. Albomun platin statusu qazanması isə Paradiyə musiqi karyerasını davam etdirmək üçün stimul oldu. Məktəbi yarımçıq buraxan gözəlçə “Variation Sur Le Meme T'aime” plastinkasını yazdırır. Ardınca isə onun kino karyerası başlayır. Onun çəkildiyi “Ağ toy” gələcək vəd edən aktrisalara verilən “Sezar” mükafatına layiq görülür. İndiyə qədər 30 filmdə rol alan Paradi Jerar Depardye, Alen Delon və Jan Pol Belmando kimi ulduz aktyorlarla tərəf müqabili olub. Onun 11 studiya albomu var. Həyatında səs-küyə səbəb olan ən böyük hadisə isə 1998-ci ildən 2012-ci ilə qədər yaşadığı Conni Deplə ayrılması olub.

ATV.az  xəbər verir ki, bu gün  gözəl aktrisa, tanınmış musiqiçi Vanessa Paradini 45 yaşı tamam olur!

ATV.az