Selena Qomesdən Castin Biber açıqlaması “Mənim 18, 20 yaşım yoxdur”

Baxış sayı: 796

Məhşur müğənni Selena Qomes yenidən Castin Biberlə eşq macərasına başlamasına ilk dəfə aydınlıq gətirib. 

ATV.az xəbər verir ki, Billboard nəşrinə müsahibə verən pop ulduzu ilk olaraq bildirib ki, sabiq sevgilisi, reper The Weeknd-lə hələ də dostluq münasibətlərini saxlayıb. Bununla belə, Castin Biberi hələ də çox sevdiyini etiraf edib. “Mənim 18, 20 yaşım yoxdur. 25 yaşlı bir insanın həyatında daim qayğısına qalan birinin olması çox vacibdir”,-deyən müğənni Biberin daha diqqətli olduğunu qeyd edib.

ATV.az