Tarkanın həyat yoldaşından 150 minlik alış-veriş

Baxış sayı: 521

Müğənni Tarkanın xanımı Pınar Tevetoğlu stilisti ilə birgə alış – verişə çıxıb.

ATV.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pınar qış qarderobunu başdan-ayağa yeniləyib. Məşhur markalardan özünə geyim, ayaqqabı, çanta, aksessuarlar alan Pınar, bütün bunlara ümumilikdə 150 min lirə (təxminən 75 min AZN) xərcləyib.

Qeyd edək ki, Tarkan  xanımının daha zövqlü geyinməsi üçün ötən ildən ona stilist tutub.

NÜBAR NİYAZİQIZI//ATV.az