Ulduzlar toplusu bir arada “Governors Awards 2017” mükafatları sahiblərini tapdı

Baxış sayı: 71

ABŞ-da“Governors Awards 2017” mükafatlandırma mərasimi baş tutub. 

ATV.az ELLE-yə istinadən bildirir ki, Los-Ancelesdə baş tutan tədbirdə qırmızı xalı üzərinə çıxan ulduzlar bir-biri ilə gözəllik yarışına çıxıblar. “Oskar” mükafatlarının son hazırlığı kimi baxılan tədbir kinomatoqrafiya, incəsənət və elm sahəsində uğurlar qazanan insanları bir araya toplayıb. Gecənin ulduzu isə Ancelina Coli olub. Paltarı və makiyajı ilə diqqət çəkən gözəlçə, yaşın onun üçün problem olmadığını nümayiş etdirib. Bundan başqa gecəyə Emma Stoun, Cenifer Lourens, Marqo Robbi, Riçard Gir, castin Timberleyk, Slma Hayk və başqa tanınmış simalar rəng qatıb.

ATV.az