Sərdar Ortaçdan etiraf: “Qayınatam bir şərtlə “hə” dedi"

Baxış sayı: 101

Radio verilişlərindən birinin qonağı olan türkiyəli müğənni Sərdar Ortaç irlandiyalı həyat yoldaşı Xloe Louqnanla evliliyindən danışıb. Veriliş əsnasında Sərdara “xoşbəxt evliliyinizin sirri nədədir? sualı verilib.  Müğənni, Orxan Gəncəbayın evlənmədən əvvəl ona verdiyi nəsihəti hər zaman xatırladığını və onu evliliyində tətbiq etdiyini bildirib. “Orxan Gəncəbay mənə evlənmədən əvvəl belə bir nəsihət verdi: “Əgər evlənirsənsə mənim dediklərimə qulaq as və onlara mütləq diqqət et: Birincisi - həm sənin, həm də həyat yoldaşının şəxsi həyatı olacaq, qarışmayacaqsan. İkincisi - üç kəliməni əzbərləyəcəksən: “haqlısan”, “ola bilər”, “bəli, sevgilim”.Bunları yadda saxlasan xanımın da xoşbəxt olar, həyatınız da.

Sərdar Ortaç şəxsi həyatı ilə bağlı daha bir maraqlı məqama toxunub. Müğənni Xloyani ailəsindən istəməyə gedərkən, qayınatasının bir şərtlə “hə” dediyini bildirib. “Xloeyə elçi gedərəkən atası bir şərtlə “hə” dedi. “Xoşbəxt qadın, xoşbəxt həyat deməkdir. Əgər qızımı xoşbəxt edə biləcəksənsə, razıyam”.

NÜBAR NİYAZİQIZI//ATV.az